17 may 2011-ci il tarixində Azerfon-Vodafone ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qaliblərini qiymətli hədiyyələrlə mükafatlandırdı. SİA-nın xəbərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən bu olimpiada 17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyətinə həsr olunub.
Şirkətin Baş İcraçı Direktoru Yurgen Pitz bunula əlaqədar bildirib ki, Azerfon-Vodafone gənclərin informasiya və kommunikasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlik layihələrə yardım göstərilməsini şirkətin prioritetlərindən hesab edir: "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə istedadlı gənclərə dəstək verərək İKT sahəsində yerli peşəkar kadrların formalaşdırılmasına yardım etməyə həmişə hazırıq".
Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının 1-ci, 2-ci, 3-cü yer tutan komandaların üzvlərinin Azerfon-Vodafone tərəfindən qiymətləndirilməsi şirkətin Azərbaycanın İKT sahəsində kadr hazırlığına verdiyi önəmin nümunəsidir. Qeyd etmək lazımdır ki, Azerfon-Vodaofne ənənəvi olaraq ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasını hər il dəstəkləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB