İtkin düşən erməni əsgərlərin valideynləri kömək istəyir Putindən

İtkin düşən və ya əsir götürülən erməni əsgərlərinin valideynləri bu dəfə İrəvandakı Rusiya səfirliyi qarşısında toplaşıblar və aksiya keçirirlər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, aksiyaçılar ümid edirlər ki, Rusiya hakimiyyət orqanlarının və şəxsən prezident Vladimir Putinin diqqətini hərbçiləri tapmaq probleminə yönəldə bilərlər.

"Bir qrup valideyn və mən Rusiya hökumətinə və şəxsən Vladimir Putinə dəstək verməsini xahiş edirik ki, ölən uşaqlarımızın cəsədlərini bizə təhvil verməsinə yardım etsin", deyə aksiyanın iştirakçılarından biri bildirib.
Elə mitinq zamanı itgin düşən erməni əsgərlərinin valideynlər Rusiya səfirliyinə, Putinə göndərəcəkləri toplu bir müraciət məktubu hazırlayıblar.

Etirazçılar bütün variantları sınadıqlarını deyirlər. Qeyd edirlər ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyanla görüş də onları qane etməyib və məsələnin həlli üçün konkret tarixlər göstərilmədiyini nəzərə alaraq, nəticədə valideynlər yenidən bir cəhd göstərməyə məcbur olublar.

"Bu bir tələb deyil, Rusiya hökumətindən bizə dəstək istəməkdir, çünki gördüyümüz kimi Ermənistandakı hərəkətlərimiz heç bir nəticəyə gətirib çıxarmır", deyə valideynlərdən biri şikayətlənib.

Bu arada Qarabağdakı hərbi əməliyyatlar zamanı itkin düşən əsgərlərin yaxınlarının Ermənistan Müdafiə Nazirliyinin binası yaxınlığında nizamlı bir hərəkəti müşahidə edilib. Müdafiə Nazirliyindən itkin düşən qohumları barədə məlumat verilməsini tələb ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...