"Prezident və xanımı düşmənə və dünyaya insanlıq dərsi verdi" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Prezidenti İlham Əliyev və 1-ci vitse-Prezident Mehriban xanım Əliyeva noyabr ayının 23-də, 27 il işğal altında olmuş Ağdam rayonuna səfər etdilər. Təqdim edilən kadrları seyr edərkən, erməni vəhşiliyinin törətdikləri cinayətlərin miqyası XXI əsrin insanını dəhşətə gətirməyə bilməz”. Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, işğal olunmuş digər rayonlarımızda olduğu kimi, Ağdamda da, bir dənə olsun dağıdılmamış bina və yaxud ev yoxdur: "Elə təəssürat yaranır ki, erməni-daşnaklar, gözəl təbiətə, münbit şəraitə malik Qarabağı və ətraf rayonları məhz dağıtmaq, cəhənnəmə çevirmək üçün öhdəlik götürmüşlər. Təbiətə, mədəni irsə, tarixə, insanlığa qarşı bu rəzaləti həyata keçirən, özlərini dünyaya qədim, mədəni, məzlum xalqı kimi sırımağa çalışan erməni adında rəzil tayfadır.

Bununla belə erməni həyasızlığı sərhəd tanımır. Rusiyanın tanınmış mədəniyyət və incəsənət xadimləri, dirijor Spivakovun rəhbərliyi ilə utanmadan Azərbaycan ərazilərində (əsasən son vaxtlar süni şəkildə yaradılmış) dağıdılması ehtimal olunan erməni “xaçkarlarının” toxunulmaması ilə bağlı UNESKO-ya və prezident Putinə müraciət ünvanlayırlar. Yaxşı olardı ki, Spivakov və erməni mənşəli aktrisa arvadı Sati müraciətdən əvvəl təəssübünü çəkdikləri tayfanın törətdikləri ilə tanış olardılar.

44 günlük müharibə ərzində ermənilər dəfələrlə cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhər və rayonlarımızı qadağan olunmuş raketlərlə, fosforlu bombalarla atəşə tutdular. Mülki insanlar, o cümlədən uşaqlar həlak oldu. Prezident İlham Əliyev isə dəfələrlə bildirdi ki, biz mülki insanlarla vuruşmayacağıq, sözümüzü döyüş meydanında deyəcəyik. Nəticə göz qabağındadır.

Dünənki səfərdə diqqətimi çəkən həssas bir məqamı sizlərlə bölüşmək istərdim. Prezident və xanımı Ağdamda tamamilə dağıdılmamış Cümə məscidinə daxil olarkən divarları öpərək ayaqqabılarını çıxarmaqları hər birimizi şoka saldı. Məscidin içərisində təbii ki, xalçalar yox idi, zədələnmiş divarları erməni vəhşiliyinin başqa xalqların mədəniyyətinə olan münasibətin göstəricisi idi. Düşünürəm ki, ümumiyyətlə dağılmış, tozlu-torpaqlı döşəməyə belə ayaqqabılarla girməyi özlərinə rəva bilməyən Prezidentin və xanımının düşmənə və dünyaya verdiyi insanlıq dərsidir.

Bax budur Liderin öz xalqına aşıladığı mədəniyyət, göstərdiyi nümunə. Bu nümunəni görən xalq, heç zaman başqa xalqların mədəniyyətinə, tarixinə, inanclarına təcavüz etməz.

Erməni liderlərinin xalqına göstərdiyi nümunələr isə Qaregin Njdelərə və digər çoxsaylı terrorçuları qəhrəman etməklə abidələr qoymaq, qonşuların ərazisinə iddia etmək, saxta, yalançı, mifik tarix yaratmaqla, bütöv nəsillərdə başqa millətlərə nifrət ruhunda tərbiyə etmək. Dağlıq Qarabağ və ətraf rayonların insanlarına, təbiətinə, mədəni irsinə qarşı törətdikləri terror bunun bariz nümunəsidir. Hər iki xalqın və liderlərinin dünyaya və insanlığa verdikləri dərs bundan ibarətdir. Düşünməyə dəyər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...