“Ümid hakimiyyətin yerinə işləyən təşkilatlara qalıb” Tiqran Abramyan

Ermənistanın “Enaket” analitik mərkəzinin təsisçisi və rəhbəri Tiqran Abramyan hesab edir ki, bu hakimiyyət üçün insan heç də qiymətli varlıq hesab olunmur, məhz bu səbəbdən də erməni xalqı belə bir vəziyyətə doğru sürüklənib. SİA panorama.am-a istinadən xəbər verir ki, bu haqda sosial şəbəkədə yazan Abramyana görə, müharibədən sonra onların əsas vəzifəsi cəbhə xəttində qalmış meyitlərin, eləcə də əsir düşmüşlərin geri qaytarılması prosesidir.

“Mövcud hakimiyyət özünü bütünlüklə tükəndirib, hətta statuslarına rəğmən onlar danışıqlar aparıb və istənilən nəticəni əldə edə bilmək gücündə deyillər”, yazan analitik mərkəzin rəhbəri əlavə edib ki, artıq bütün ümidlər Rusiyaya və beynəlxalq strukturlara, hakimiyyətin yerinə müvafiq məsələlərlə məşğul olan təşkilatlara qalıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...