"Paşinyan ölkəsini müharibədən sonrakı vəziyyətə hazırlayır" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanda hökumət kabinetində kadr dəyişiklikləri ölkəni siyasi böhrandan çıxarmayacaq. Baş nazir Nikol Paşinyan "Yol xəritəsi" təqdim edərək, altı ay vaxt istəməsi vəziyyətin normallaşması istiqamətində gedəcəyi mümküm görünümür. İlk növbədə Rusiyanın bu ölkədə siyasi təsir rıçaqları, əvvəlki illərdən də daha Paşinyana təsir etmək iqtidarındadır". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Qarabağ müharibəsində məğlubiyyət Paşinyanın Moskvadan asılı vəziyyətə gətirib: "Paşinyanda altı ay ərzində yenidən toparlanıb, Moskvanın təsirindən çıxmağı planlayır. İndi ona əvvəlki illərdən fərqli olaraq dah da xalqın dəstəyi lazımdır. Amma, iki il ərzində ölkəni inkişf etdirə bilməyən, ordunun dağılmasına gətirib çıxaran hakimiyyəti xalqın ona etimadını zəiflədib. Amma, alternativlər də erməni cəmiyyəti üçün cəlbedici deyil. Sabiq DTK sədri və Vətən partiyasının sədri A.Vanetsyan Paşinyana əsas rəqib olsa da, onun Kremllə əlaqələri ermənilərin ona böyük dəstək verməsini istisna edir. Çünki, xalq Rusiyaya müharibədə onları müdafə etmədiyi üçün etimad etmirlər.

Ümumiyyətlə, Qarabağda məğlubiyyət Ermənistanın siyasi sisteminə və vətəndaş cəmiyyətinə ciddi mənfi təsir göstərib. Ölkənin yenidən toparlanması və inkişafı, Avropaya inteqarsiya kursu uzun illər mürəkkəb olaraq qalacaq. İlk növbədə Ermənistan cəmiyyəti yeni bir hakimiyyət dəyişməsinə hazır olsa da. Bu, yalnız çevriliş yolu ilə mümkündür. Rusiya sadəcə, Qarabağla bağlı vəziyyəti və müqavilələrin bağlnmasını Paşinyanla həyata keçirmək üçün onun hakimiyyətdə qalmasına müəyyən dərəcədə razılaşıb.

Ermənistan siyasi elitası və cəmiyyəti Azərbaycan və Türkiyə ilə normal əlaqələrə malik bir sistemə keçsələr, bu ölkə Rusiyanın "for-post"luğundan çıxa bilər.

Baş nazir Nikol Paşinyan ölkəsini müharibədən sonrakı vəziyyətə hazırlayır və yeni bir siyasi mərhələyə keçməyi hədəfləyir. Bununla ölkəsində hakimiyyətini gücləndirmək və Rusiyanın təsirini zəiflətməkdir. Gələn il yay aylarına kimi növbədənkənar parlament seçkilərinə gedib, qalib gələrək hakimiyyəti əlində saxlayıb, anti-Rusiya dalğasına keçə bilər. Amma, o bu təzyiqlərə duruş gətirə bilməsə hakimiyyəti ilə vidalaşacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...