Vazgen Manukyan müvəqqəti hökumətə rəhbər təyin olunur? İDDİA

Bütün bu dövr ərzində Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən 17 partiyanın təmsilçiləri yeni namizədi irəli sürmək və rahat iş münasibəti qurmaq üçün Rusiyanın elita nümayəndələri ilə fəal şəkildə işləyirlər. SİA xəbər verir ki, bu haqda “Joxovurd” erməni nəşri yazır.

“Bu informasiyaya görə, 17 partiyanın nümayəndələri 3 namizədin adını çəkiblər – Vazgen Mnaukyanın, Artur Vanetsyanın və Qrant Baqratyanın. “Göstərilən namizədlərdən bizim strateji partnyor daha çox Vazgen Mnaukyanın üzərində dayandı”, deyə qeyd edən nəşr yazır ki, bundan əlavə, V.Manukyan bu yaxınlarda öz namizədliyini müzakirə etmək üçün Moskvaya gedib.

“Nə qədər qəribə görünsə də, Ermənistan respublikasının baş naziri Nikol Paşinyan vətəndaşlar arasında kifayət qədər tərəfdara malikdir"

“Lakin bu, o demək deyil ki, məhz o gələcəkdə Ermənistan respublikasının baş naziri olacaq. O, yalnız müvəqqəti hökumətin rəhbəri olaraq yaxın aylar ərzində ölkənin idarəçiliyinə zəmanət verəcək, eləcə də heç bir çaxnaşma olmadan ədalətli, azad seçkilərin keçirilməsinə şərait yaradacaq”, deyə erməni qəzeti yazıb.

O cümlədən bildirilib ki, Manukyan qısamüddətli hökumətin rəhbəri olacaq.

“Nə qədər qəribə görünsə də, Ermənistan respublikasının baş naziri Nikol Paşinyan vətəndaşlar arasında kifayət qədər tərəfdara malikdir”, qeyd edən “Jovoxurd” əlavə edib ki, qəzetin əməkdaşları Vazgen Manukyanla bu məsələ ətrafında söhbət etməyə cəhd göstərsələr də, o suallara cavab verməyərək, bu məsələ ilə bağlı suallara cavab olaraq müsahibə vermir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...