Türkiyənin Təhlükəsizik Şurası toplanır TƏCİLİ

Noyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının (Milli Güvenlik Kurulu - MGK) toplantısı keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə “Takvim” yazır.

Nəşr qeyd edir ki, həftənin çərşənbə günü baş tutacaq toplantıda Azərbaycanın Qarabağ zəfəri və Şimali Kipr Türk Respublikası ilə bağlı müzakirələr aparılacaq. “İlin 5-ci təcili toplantısında Türkiyə ordusunun Azərbaycanda üzərinə götürəcəyi öhdəliklər və Şərqi Aralıq dənizində inkişaf edən hadisələr başda olmaqla önəmli strateji mövzuların müzakirələri gözlənilir”, deyə məlumatda bildirilir.

Həmçinin MGK-də Türkiyənin Rusiya ilə ortaq mərkəzdə və bu mərkəzin icra edəcəyi fəaliyyətlərdə Türkiyə Silahlı Qüvvələri personalının yürüdəcəyi işlər barədə təklif və rəylər də dinləniləcək.

Şərqi Aralıq dənizində “Oruc Rəis” seysmik araşdırma gəmisinin fəaliyyət müddətinin 29 noyabr ayına qədər uzadılması, türk əsgərinin Liviyada və Suriyadakı terrorla mübarizə istiqamətindəki fəaliyyəti də sözügedən toplantıda müzakirə ediləcək mövzular arasında yer alacaq.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə