“Makron sonda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək” RƏY-ÖZƏL

"Fransa prezidenti Emmanuel Makronun erməni icması ilə görüşündə Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını etiraf etməsi onun mövqeyində müəyyən qədər dönüş etməsini göstərir. Amma ondan sonra başqa bir kəlmə də işlədir ki, əgər ermənilər yaşayan ərazilərdə müstəqilliyyə can atan olsa biz onları müdafiə edərik". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, görüşdə Fransa prezdentinin ikibaşlı bir ifadə işlətməsi onu göstərir ki, Makron ona qarşı olan təzyiqləri, xüsusilə Azərbaycandan olan təzyiqləri görərək mövqeyində korrektelər etməyə başlayıb: "Yəqin ki, son nəticədə Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən möveqyini də bildirməli olacaq. Hələ ki, Makronun indiki bildirdiyi mövqe haqqında birmənalı bir şey söyləməyə imkan vermir. Amma, hər halda bunun özü də müsbət sayıla bilər".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə