Kasıb ölkənin milyardlıq "ordu"su - PARADOKS

Ermənistanın kasıb, onun-bunun hesabına yaşayan ölkə olduğunu hər kəs bilir. Özlərini əməksevər xalq kimi təqdim edən ermənilər nədənsə kasıb görünməyə daha çox həvəslidirlər. Niyə? Sualın cavabı da beşbaşlı ola bilər. Ən başlıcası isə tarixən başqa xalqların, dövlətlərin maşası, ağalarının kuklası, bəzi dairələrin "qaşığı" olan ermənilər özlərini miskin, kasıb, dilənçi qılığında göstərməyə çalışsalar da bu millətin içindəki rəzillik, paxıllıq, əzazillik, vandallıq, barbarlıq zaman-zaman üzə çıxıb, onları bir az da vəhşiləşdirib.

44 gün davam edən müharibə də göstərdi ki, ermənilər nə qədər kasıb, əzilən, köməyə ehtiyacı olan xalq kimi özlərini təqdim etməyə çalışsalar da, təkcə Qarabağda məhv edilən ağır texnika, ballistik raketlər, qadağan olunmuş silahlara verilən pulların bunun əksini deyir.

Məğlub ölkənin baş naziri, "məğlubedilməz ordu"nun baş çavuşu Paşinyan iki gün öncə Rusiyanın baş diplomatı Lavrovu qəbul edib, daha doğrusu görüşüb. Baş nazirin iqamətgahının görünüşü, Lavrovun da olsuğu salonun vəziyyəti sosial şəbəkələrdə paylaşılıb. Qopmuş parket Paşinyanın hansı durumda olduğunu təxminən söyləməyə imkan verir. Amma bu görüntü də bir erməni hiyləsi ola bilər, yəni "Ay, Lavrov axper, görürsən də günümüzü, sizdən borca aldığımız silahların pulunu almağa gəlmisənsə bir neçə on il gözləməli olacaqsan" demək istəyir Paşinyan.

Bütün xəbərlər Facebook səhifəmizdə