Tarixi bir andır, Ağdam şəhəri 27 illik işğaldan sonra azad edildi. Azərbaycan xalqı sevincli anları qeyd edir. SİA-nın məlumatına görə, bu barədə Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhunun açıqlamasında deyilir.
Açıqlamada bildirilir: "Azərbaycan xalqının sevincini bölüşürük. Azərbaycana gəldiyimdən bəri 28 illik işğalın sona çatdığını, şəhərlərin və qəsəbələrin Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı ilə Azərbaycan ordusu tərəfindən bir-birinin ardınca azad olunduğunu görürük. Azərbaycan xalqını və ordusunu təbrik edirik!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB