Gələn ayın 20-də \"Eurovision\" mahnı müsabiqəsinin necə keçirilməsi barədə iclas olacaq

Gələn ayın 20-də \"Eurovision\" mahnı müsabiqəsinin necə keçirilməsi barədə iclas olacaq
İyunun 20-də gələn ilin \"Eurovision\" mahnı müsabiqəsinin necə keçirilməsi haqqında iclas olacaq. SİA-nın məlumatına görə, bunu çıxışında İctimai Televiziyanın direktoru İsmayıl Ömərov bildirib.
"Avropa Yayımlar Birliyi müsabiqə bitdikdən dərhal sonra onların İctimai telekanala verdiyi rəsmi sənədə əsasən gələn ayın 20-də EBU- UER-in Cenevrədəki baş ofisində görüş olacaq. Həmin görüşdə isə yarışmanın harada və hansı öhdəlikləri ilə keçirilməsi müzakirə olunacaq. Bu hələ ilkin müzakirələrdir. Həmin iclasda konsert salonlarımızın hansı səviyyədə olması, təhlükəsizliyin necə qorunduğu və digər məsələlər müzakirə olunacaq\",- deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə