Qarabağda başqasının torpaqlarında kef çəkərkən bax bu reallığı dərk etməli idi, indi isə çox gecdir...
30 il işğal edilmiş torpaqlarımızda yurd-yuvalarından, ocaqlarından zorla, silah gücünə, soyqırımlara, qətliamlara məruz qoyularaq çıxarılan insanlarımızın evlərini “tarixi erməni torlaqları” adlandırmaqla özünküləşdirib həyasızcasına yaşayan ermənilər indi dədə-baba ərazilərimizi tərk etmək məcburiyyətindədirlər. Bu, ilk növbədə, qalib Azərbaycanın qarşısında məğlub, rəzil Ermənistanın diz çökməsi anlamını daşıyır və ona həm də İlahi ədalət demək mümkündür. Məhz qüdrətli, şanlı Azərbaycan əsgər və zabitlərinin Qarabağdan dünyaya səs salan, heyrətləndirən şücaətləri sayəsində düşmən işğalından azad edilən torpaqlarımızda rüsvayçı məğlubiyyətə uğradı, bundan sonra uzun illər boyunca ayağa qalxa bilməyəcəyi sarsıdıcı, ölümcül zərbə aldı. Vətən müharibəsinin 44 gün davam edən müddətinin nəticəsi həm İlahi ədalətin, həm də qəhrəmanlığın bir araya gəldiyi sintezinin təntənəsi olaraq şanlı tariximizə qızıl hərflərlə yazıldı.
İndi dünya əvvəlki kimi deyil...
Düşmən qaçdı və indi də öz tör-töküntülərinə belə sahib çıxa bilmir. Və bunu biz deyil, elə özlərinin mətbuatları yazır. Amma daha bir fakt budur ki, “genosid” sözünü dillərinə pərçim edən, çətinliyə düşən kimi özlərini “məzlum”, “yazıq”, “əzabkeş” olaraq göstərən bu qaraçı tayfası digər tərəfdən, bir daha hansı qəddarlığa, vəhşiliyə sahib olduqlarını açıq-aydın ortaya qoyurlar. Tərk etdikləri torpaqlarımızda, zəbt etdikləri evlərimizdə yanğınlar törədən, meşələri qırıb-çatan, heyvanlarını kəsib leşlərini yollara səpən ermənilərdir ki, həmin idbar əməlləri ilə heç də “qədim sivilizasiyalı”, yaxud “tarixi mədəniyyətə malik” xalq olmadıqlarını isbat edirlər. İndi dünya əvvəlki kimi deyil və ani informasiya əldə etmək faktı bəşəriyyəti aldatmır, yer üzünün istənilən nöqtəsində yaşayan insanlara nə varsa, onu da göstərir, onu çatdırır.
Beləliklə, 30 il dədə-baba yurdlarımızda haramcasına yaşayan ermənilər indi bu haramlarının bədəlini ödəməkdədirlər. Məhz bu anda yuxarıda qeyd edilən İlahi ədalət amili özünü bütün gözəllikləri ilə nümayiş etdirir. Hətta belə sual edə bilərik ki, İlahi ədalət başqa cür necə ola bilər axı?
Bir tərəfdən “əzabkeşlik”, “məzlumluq” oyunbazlığı, digər tərəfdən isə idbar əməllər!
Gözümə işğaldan azad olunan yerlərdən çıxmaq məcburiyyəti daşıyan ermənilərin güzəranlarını əks etdirən bir məlumat dəydi. Sputnik Armeniya yazır ki, artıq baş verənlər xalqla dövlət strukturları arasında ciddi narazılıqlar yaradıb. “Dövlət strukturları məsuliyyətləri bir-birinin üzərinə atırlar, Qarabağ sakinləri isə (yəni rədd olub-gedəsi ermənilər nəzərdə tutulur – R.N.) nəinki torpaqlardan, həm də mülklərindən məhrum olurlar”, adıçəkilən informasiya agentliyi yazır.
Agentlik yazır ki, çıxan ermənilər əşyalarını yığsalar da onları aparmaq üçün yük maşınları tapa bilmirlər. Ermənistan isə yalnız yanacaq talonları verməklə kifayətlənir. Yük maşınları tapılmadıqdan sonra isə yanacaq talonlarının heç bir məntiqi qalmır.
Şikayətlənirlər: “Biz maşın tapa bilmirik, hətta İrəvanda elə bir qiymət deyirlər ki, biz sadəcə onu ödəyə bilmərik”
“Laçın rayonunun sakinləri də digərləri kimi bu problemlə üzləşiblər” yazan agentlik qeyd edir: “Xaçatryanlar ailəsi hərbi əməliyyatlar məcbur olaraq İrəvana gediblər. Ailənin başçısı indi “berzordadır” (Laçında), çalışır ki olan-qalan əşyalarını xilas etsin. Bu barədə onun qızı deyib. Ailənin digər üzvləri İrəvanda yük maşını tapmağa çalışırlar ki, Laçına gedib əşyalarını yükləsinlər”.
“Biz maşın tapa bilmirik, hətta İrəvanda elə bir qiymət deyirlər ki, biz sadəcə onu ödəyə bilmərik”, deyə erməni qadın bildirib.
Bax, burada növbəti dəfə 90-cı illərdə yurd-yuvalarından zorla, güllə-boran altında qaçqın düşən insanlarımız yada düşür. Onlar piyada, bütün mal-mülklərini, ev heyvanlarını, illər boyu qan-tər içində yığdıqları varidatlarını sadəcə atıb-getmək məcburiyyətində qalmışdılar. İndi bu həmin ermənilərdirlər ki, azərbaycanlıların evlərini yandırıb-külə döndərir, üstəlik həyasızcasına “evimiz türkə qalmasın” deyib, öz iyrənc iç üzlərini açığa çıxarırlar. Amma 30 il əvvəl insanlarımıza zülm edənləri onlara xatırladan da Allahdır! O, İlahidir və ədalətli bərqərar edir!
Ermənistanın və separatçı qurumun strukturları uzun və mənasız futbolsayağı ötürmələri ilə qaçqınları başlarından edirlər
Bu da son deyil. Demək, Sputnik Armenia yazır ki, ermənilərin ailələri Ermənistanda müxtəlif idarələrə müraciət edirlər və eyni cavabı alırlar: “Biz bu məsələ ilə məşğul olmuruq”.
“Analoji obrazla “dqr”in İrəvanda fəaliyyət göstərən operativ qərargahı da reaksiya verir”, agentlik yazır və davam edir: “Bu gün həmin problemlə prakktiki olaraq Qarabağdan çıxan hər bir ailə qarşılaşır. Nə maliyyə, nə maşınlar, nə konkret dövlət strukturu var ki, heç olmasa qaçqınların qayğılarının bir hissəsini üzərinə götürsün”. Erməni agentliyinin müxbiri yaranmış ağır və böhranlı vəziyyətin aradan qaldırılması üçün Ermənistanın dövlət strukturlarında sorğu keçirmək qərarına gəlib. SİTAT: “Ermənistanın əmək və sosial məsələlər nazirliyindən bizə dedilər ki, bu məsələ onların spektorlarına və kompetensiyalarına daxil deyil. Eyni cavabı biz iqtisadiyyat nazirliyindən də aldıq və onlar çox güman ki, fövqəladə hallar nazirliyinin bu məsələ ilə bağlı olduğunu bildirdilər. Fövqəladə hallar nazirliyində bizim sual bəzi anlaşılmazlıq yaratdı. İdarədə bildirdilər ki, onlar digər məsələlərlə yanaşı humanitar yardımları ictimailəşdirilməsi məsləhət görülməyən (?) bölüşdürülməsi ilə məşğuldurlar. Ancaq həmin məsələlərə şəxsi əmlakın çıxarılması qərarı aid deyil.
Ərazi idarəetmə və infrastruktur nazirliyindən də bildirdilər ki, bu problemlə məşğul olmurlar.
“Dqr”in İrəvandakı operativ qərargahında da bizə dedilər ki, bu məsələ onların səlahiyyətlərinə aid deyil. Bununla yanaşı bizə məsləhət gördülər ki, “stepanakertdəki” (Xankəndindəki) informasiya qərargahına müraciət edək. Onlar deyiblər ki, “artsaxlılar” ilk növbədə öz rayonlarının administrasiya rəhbərlərinə müraciət etməlidirlər. Onlar hər necə olursa-olsun, mövcud problemi həll etməlidirlər. Uzun və mənasız “futbolsayağı ötürmələrdən” bir şey aydın oldu ki, Qarabağdan köçən ermənilər ancaq vaxt itirirlər, problemləri isə həll edilməmiş qalır”.
Daha bir şikayət: Guya benzin verirlər. Nəyimizə lazımdır yanacaq? Məgər onu içəcəyik və maşın yerinə sürüləcəyik? Avtomobil yoxdursa, benzin nəyə lazımdır ki?!”
“Mardakert” (Ağdərə) sakini isə şikayət edir: “Deyən yoxdur ki, ey rəhbərlik, sən heç bilirsən ki, insanları necə təxliyyə etmək lazımdır? Guya benzin verirlər. Nəyimizə lazımdır yanacaq? Məgər onu içəcəyik və maşın yerinə sürüləcəyik? Avtomobil yoxdursa, benzin nəyə lazımdır ki?!”
Budur hazırda işğalçı təfəkkürün layiq olduğu məhsul. Atalarımız yaxşı deyib, nəyi əkərsən, onu da biçərsən. İndi işğalçılıq siyasətinin məntiqi sonluğu da, İlahi ədalətin kontekstində ölçülür. Bunun isə təqsirkarları heç də biz – Azərbaycan dövləti və xalqı deyil, bütün bunların suçu, günahı əlbəttə ki, birbaşa 30 il boyu ermənilərin başlarında hakimlik edən rəhbərləridir. Məhz erməni xalqı da Qarabağda başqasının torpaqlarında kef çəkərkən bax bu reallığı dərk etməli idi, indi isə çox gecdir...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB