Müharibə Ermənistanın biabırçı, rüsvayçı məğlubiyyəti ilə başa çatdı və erməni cəmiyyəti öz təhlükəsizliyi üçün risklərin daha dərindən təhlil edilməsinə ehtiyac duyur. Görəsən, bu erməni cəmiyyəti keçmişdən hansı dərslər götürüb və Ermənistan üçün bundan sonra hansı yol qalır? Bunlar, xüsusən bu gün bütün erməni cəmiyyətinin mənəvi və psixoloji vəziyyətinin çətin olduğu şəraitdə cavablandırılması lazım olan ən vacib suallardır.
Bu gün Ermənistanda məsuliyyət məsələsi gündəmdədir. Hər bir halda, bu işğalçı ölkə hakimiyyəti uğursuzluqlara görə cavabdehdir. Elə kütlənin də tələbi bu mənadadır. Ermənistan ictimaiyyəti müharibə məğlubiyyəti fonunda, alçaldıcı şəraitdə məğlubiyyətini isbatlayan sənədi Nikol Paşinyanın imzalanmasına görə ondan əl çəkmir və hesabat tələb edir. Doğrudur, erməni baş nazir öz “ənənəsinə”, öz “dəst-xəttinə” müvafiq şəkildə yenə də manipulyasiyalar etməyə çalışır və güman edir ki, buna nail ola bilir, amma yanılır. Çünki, etirazçılar mitinqlərə toplaşmaqdan əl çəkən kimi görünmür. Əksinə, günü-gündən tələblər kəskinləşir və işğalçı ölkədə indi xaos hökm sürür.
Paşinyan baş verənlərin əsas günahkarı olduğunu etiraf etsə də, hansısa bir şəkildə məsuliyyətdən yayınmağa çalışır. Çünki bu vəziyyətdə məsuliyyəti üzərinə götürmək, ilk növbədə onun istefası, müvəqqəti hökumətin qurulması və erkən parlament seçkilərinin keçirilməsini vəd edir. Hadisələrin gedişi isə təsdiq edir ki, Nikol Paşinyan istefa vermək niyyətində deyil. Yeri gəlmişkən, prezident Armen Sarkisyan da tam açıq-aydın şəkildə olanlarda Nikol Paşinyanı günahlandırdı və məsuliyyət məsələsini də onun çiyinlərinə buraxdı. Ancaq ictimai və siyasi qüvvələrin böyük əksəriyyəti Nikol Paşinyanın dərhal istefasını tələb edərkən, erməni baş nazir bütün bunlardan sonra da ölkəni yenidənqurma mərhələsinə gətirə bildiklərinə cəmiyyəti inandırmağa çalışır.
Müəyyən “yol xəritəsi”ni, bəzi ardıcıllıqla məsələnin həlli mexanizmini ortaya qoyan Paşinyan əslində, insanlardan və siyasi qüvvələrdən 2021-ci ilin iyun ayına qədər möhlət istəyir. Bəzən isə elə təəssürat yaranır ki, o bunu hətta tələb edir. Bunu da ona görə edir ki, hakimiyyətdə qalıb-qalmayacağı sualını bu bir neçə ayın nəticələri ilə əlaqələndirə bilsin.
Hərdən elə gəlir ki, Ermənistanın baş naziri vaxt qazanmağa çalışır. Qazanacağı bu vaxtın isə onun xeyrinə işləyəcəyi qənaətindədir. Başqa sözlə, Nikol Paşinyan bütün bunların unudulacağına ümid edir. Ümid edir ki, zaman keçdikcə ona qarşı olan nifrət, ən azından aqressiya aradan qalxacaq və o da əvvəlki kimi öz vəzifəsində qalacaq.
Ən vacib məsələlərə gəlincə, Paşinyan müharibənin nəticələrinin aradan qaldırılması, iqtisadi inkişaf, ordu islahatı, demoqrafik vəziyyətin yaxşılaşdırılması və digər məsələlərdən guya bəhs edir, yenə də müsbət istiqamətlərdə vədlər verir. Hətta iddia edir ki, onun sadalanan məsələləri həll etməsinə müharibə mane olurmuş və ancaq bu istiqamətdə düşünürlərmiş. Əks halda, Paşinyan guya inkişafı təmin edəcəkmiş. Ancaq Ermənistan vətəndaşları da daxil olmaqla bir çox insanlar ona sual verə bilər ki, kreslolarından yapışan hazırkı hökumətin müharibədən əvvəl nə edəcəyini düşünməsinə nə mane olurdu?
Baş nazir populizmə üstünlük verdi bu iki il yarımda və bu da onun mətbuat konfranslarında belə öz əksini tapırdı. Yüzlərlə fakt nümunə kimi göstərilə bilər ki, bu da deyilənləri təsdiqləyir. Cəmiyyəti ağlara və qaralara belə bölən erməni baş nazir, ölkəsini parçalamaq üçün əldən ayaqdan getdi bu müddət ərzində parçalaya bildi də. Onun öz xalqına bu parçalanmanın müqabilində “bəxş etdiyi” isə, 2050-ci il üçün fantastik hədəflərdən bəhs edən quru boş vədlər oldu. Belə vədlərlə təmsil etdiyi toplumu aldadaraq yuxuya verirdi sanki. Real iş görmək, layihələr reallaşdırmaq əvəzinə, quru vədlər verilməsi, ən asan və Nikolun yeganə bacardığı yol hesab olunurdu. Baxmayaraq ki, real iş görə bilmirdi, vədlər də olsa verirdi Paşinyan. Bir sözlə, ölkənin problemləri gündəmə gətirilməsin deyə kütlə tovlanırdı. Deməli, bu vədlərin özü də daxili auditoriyaya heablanmışdı və Paşinyan tərəfindən hakimiyyətini qorumaq niyyəti ilə verilirdi.
İndi deyə bilərik ki, Paşinyan və onun komandasının sadəcə olaraq ölkəni idarə etmək gücündə olmadığını müharibə ifşa etdi. Müharibə erməni baş nazirinin bu çəmiyyət, bir zamanlar idarə etdiyi kütlə arasında da etibarının olmadığını isbatladı. Hazırda Ermənistanda olan etirazlar dalğası Nikol Paşinyana, onun hakimiyyət komandasına, hökumətinə olan münasibətin göstəricisi hesab oluna bilər. Bu münasibətin fonunda Nikol Paşinyan altı aylıq bir plan irəli sürürsə, deməli, bu adamın nə plan barədə, nə xilas barədə niyyəti yoxdur və məqsədi bacardıqca öz hakimiyyətini uzatmaq, kreslosunu qorumaqdır.
Müharibə zamanı minlərlə erməni hərbçisi, canlı qüvvə, hərbi texnika, silah-sursat və nəticə etibarı ilə külli miqdarda dövlət vəsaitlərinin itgisinə səbəb olan insan, sonuncu dəfə, otağından saatının, konyakının və ətirinin oğurlanmasına görə təəssüflənməsi ilə, bütün erməni cəmiyyətini tamamilə qıcıqlandırdı. Ədalət naminə deyək ki, ermənilər minlərlə erməni əsgərinin ölümü, itgisi fonunda öz ətirinə və konyakına görə daha çox heyfslənən birinə, bu ağılda, bu düşüncədə, bu saymazlıqda olan birinə etibar etməməkdə haqlıdırlar və yalnız elə bunda haqlıdırlar. Maraqlıdır, minlərlə erməni əsgərini, 30 il müddətində istehkam qurduğu əraziləri, külli miqdarda hərbi texnikanı, silahları 44 gün qoruya bilməyən bir uğursuz, bütün bunlardan məhrum olan, rəzil, səfalət içərisində olan ölkəsini altı ay müddətində dirçəltmək, inkişaf etmək gücü, imkanı bir tərəfə, iddiasında belə ola bilərmi? Xeyr, ola bilməz. Yenə də bəlli olur ki, 2018-ci ilin küçə nümayişçisinin, ölkəsini inkişaf etdirmək deyil, bircə niyyəti var, hakimiyyətini qoruyub saxlamaq, yaxud, ən azından bunu 5-6 ay uzatmaq. Bu da, onun adını inqlab qoyduğu, əslində isə hakimiyyət çevrilişi ilə zəbt etdiyi kreslosunu qorumaq ümidlərindən və hakimiyyət ehtirasından irəli gəlir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB