Ermənistan Müdafiə Nazirliyi parlament müdafiə komissiyasının rəhbəri Andranik Köçəryanın ordu rəhbərliyinə hücumlarından ciddi şəkildə narahatdır
"Sputnik-Armenia" xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi deputat Andranik Köçəryanın parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasının rəhbəri kimi bundan sonrakı işlərinin məqsədəuyğunluğunu müzakirə etmək üçün Milli Məclisin spikerinə müraciət edə bilər. Qeyd olunur ki, artıq bir neçə gündür Köçəryan Müdafiə Nazirliyinin rəhbərliyini nüfuzdan salmaq üçün ona hücum edir. Nazirlik parlament etik davranış komissiyası ilə əlaqə qurma ehtimalını da nəzərdən keçirir.
Hökumətyönlü deputat son günlərdə nazir David Tonoyan və ümumilikdə Silahlı Qüvvələrin rəhbərliyi ilə bağlı bir sıra sərt tənqidi açıqlamalar verib. Xüsusilə, jurnalistlərə bir neçə müsahibəsində nazirin qeyri-peşəkarlığından danışıb, son Su-30 SM qırıcılarının niyə heç istifadə edilmədiyini, Qarabağ səmasının niyə kifayət qədər qorunmadığını düşündüyünü deyib. Köçəryan Tonoyanın vaxtaşırı kameralar qarşısına çıxdığı hərbi formanı bəyənməyib. Deputat bu formanı "balıqçı geyimi" adlandırıb. Köçəryan ayrıca "belə bir ordu yoxdur, bunlar sadəcə, silahlı insanlardır" dedi.
Müdafiə Nazirliyi qeyd edir ki, Köçəryanın açıqlamalarına adi bir insanın sözləri olsaydı, tam anlayışla yanaşılacaqdı, ancaq belə bir məsuliyyətli vəzifə tutan bir insandan söhbət gedəndə, bu, əsl narahatlığa səbəb olur.
"Eyni zamanda, cənab Köçəryan ciddi bir təhdid ehtiva edən açıqlamalar verir. Məsələn, Baş Qərargah rəisi ilə Su-30 SM-nin istifadəsi məsələsini bağlı qapılar arxasında şəxsən müzakirə etmək əvəzinə, cənab Köçəryan açıq məlumatlar, suallar və cavablar verir. Hərbi sirr olanlar haqda. Eyni şey elektron müharibə vasitələrinə də aiddir. Bu, bir məmurun yerində olmadığına işarə deyilmi? Bu, bayağı və ucuz spekulyasiya və ya təxribat deyilmi? Cənab Köçəryan ordunu davamlı təhqir etməklə hansı vəzifəni həll edir?",- Müdafiə Nazirliyinin iddiasında qeyd edilir.
Nazirlik, Andranik Köçəryanın son günlərdəki açıq bəyanatlarını ayıq və ətraflı şəkildə təhlil edərək, tədricən bu məmurun ona həvalə edilmiş sahəyə sahib olmadığı, müdafiə sistemində təməl biliklərə sahib olmadığı, dövlət sirlərinin sərhədlərini anlamadığı və dövlət təhlükəsizliyi üçün təhlükəli olduğu qənaətinə gəldiklərini vurğulayır.
Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB