Əli Həsənov daha bir vəzifəsindən də azad edildi SON DƏQİQƏ

Əli Həsənov daha bir vəzifəsindən də azad edildi SON DƏQİQƏ

Prezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasına rəhbərlik edən Əli Həsənov kafedranın müdiri vəzifəsindən azad edilib. SİA-nın verdiyi məlumata görə, Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər və xarici siyasət kafedrasına Namiq Həsən oğlu Əliyev təyin olunub. Prezident yanında Dövlət İdarəçilik Akademiyasından xəbəri sayta təsdiq ediblər.

Qeyd edək ki, hüquq elmləri doktoru, professor Namiq Əliyev Gürcüstan və Moldovada fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə