Daha bir erməni generalı GƏBƏRDİ

Daha bir erməni generalı GƏBƏRDİ

Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilən, Serj Sarqsyanın lideri olduğu “Respublika” partiyasından olan sabiq deputat Manvel Qriqoryanın ölməsi xəbəri yayılıb. SİA xəbər verir ki, bu barədə partiyanın üzvü Karen Avaqyan sosial şəbəkədə yazıb.

Bildirilir ki, Qriqoryan Qarabağda oktyabrın 7-dək olub. Lakin ayın 20-də vəziyyəti pisləşib və Ermənistana aparılıb.

Xatırladaq ki, general Manvel Qriqoryan erməni ordusunun işğal etdiyi Cəbrayıl və Fizuli rayonlarında yerləşmiş 5-ci briqadasına rəhbərlik edib. O cümlədən, bu erməni generalı Fizuli rayonunu təməlli olaraq talayıb, azərbaycanlı əsirlərə qarşı qəddarlığı ilə seçilib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə