Erməni generalının istefasına Paşinyanın arvadı səbəb olub İNSİDENT

Erməni generalının istefasına Paşinyanın arvadı səbəb olub İNSİDENT

Bu yaxınlarda Ermənistanın müdafiə nazirliyinin hərbi nəzarət rəisi, general Movses Akopyanın istefaya göndərilməsi xəbəri yayılmışdı. SİA xəbər verir Akopyan erməni KİV-lərinə açıqlama vermişdi ki, o, istefası ilə bağlı ayrıca mətbuat konfransı keçirəcək və əlavə informasiyalar verəcək.

Qeyd edək ki, erməni generalı Nikol Paşinyanın hakimiyyətə gəlişinə qədər Ermənistanın baş qərargah rəisi vəzifəsini icra edib, buna qədər isə Qarabağ separatçılarının ordusunun rəhbəri olub.

Bu arada “Hraparak” nəşri yazıb ki, Movses Akopyanın Qarabağdakı hərbi əməliyyatlardan uzaqlaşdırılaraq istefaya səbəbi onun baş nazir Nikol Paşinyanın arvadı Anna Akopyanla aralarında olan münaqişədir. Belə ki, Anna Akopyan Qarabağ separatçılarının hərbi qərargahında olarkən aparılan planlama işlərində hərbçilərin işlərinə müdaxilə edib, hətta döyüş planlarında dəyişikliklər edərək, öz tövsiyələrini verməyə çalışıb. Məhz bu zaman Movses Akopyan Paşinyanın arvadını tənbeh edərək, onların işlərinə müdaxilə etməməyi, mane olmamağı məsləhət görüb. Həmin insidentdən sonra isə erməni generalı İrəvana çağırılıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə