İqor Korotçenko: “Erməni yönümlü telegram kanalları maliyyəsiz və işsiz qalıblar”

İqor Korotçenko: “Erməni yönümlü telegram kanalları maliyyəsiz və işsiz qalıblar”

“Dəqiq informasiya mənbələrindən daxil olan məlumata görə, erməni yönümlü telegram kanallarının administratorları və sahibləri olan bir sıra Rusiya vətəndaşları Qarabağda müharibənin başa çatmasından və atəşkəs razılaşmasından sonra işsiz və maliyyəsiz qalıblar”. SİA xəbər verir ki, bu barədə rusiyalı politoloq İqor Korotçenko özünün telegram kanalında yazıb. Onun sözlərinə görə, onlar artıq İrəvanda gediblər.

“Onlar Ermənistandakı dövlət orqanlarına və xüsusi xidmət orqanlarına müraciətlər edərək, iş təklifi edir, özlərinə maliyyə dəstəyi axtarırlar”, deyə Korotçenko yazıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə