Daşnak həyasızlığı: yenə Qarabağa gedirlər FOTO

Daşnak həyasızlığı: yenə Qarabağa gedirlər FOTO

“Daşnaksyutun üzvləri əvvəl olduğu kimi, “Artsaxa” (dırnaqlar bizimdir) cəbhə xəttinə növbə çəkməyə gedirlər. Kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, ölkənin təhlükəsizliyi bizim üçün əsas prioritetdir. “Artsax”da hələ çox iş var və “Artsax” özünü məğlubiyyətə uğramış hesab etməməlidir”. SİA xəbər verir ki, bu barədə Ermənistanın Armenia today agentliyi daşnak fəalı Suren Parsyanın “Fecebook” səhifəsində yazdıqlarını işıqlandırıb.

Qeyd edək ki, Qarabağda Rusiya sülhməramlıları fəaliyyətə başlayıblar və onların əsas vəzifələrindən biri də qanunsuz erməni silahlılarını ərazilərdən çıxarmaqdan ibarətdir. Daşnakların həyasızlığı həm də onu sübut edir ki, erməni tərəfi ya məğlub olduğunu dərindən dərk etmir, ya da bu kimi əməlləri ilə birdəfəlik siyasi xəritədən silinmələrinə yol açırlar.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin də bugünlərdə bəyan etmişdi ki, erməni hərbi qruplaşmaları Qarabağı tərk etməsələr, bu, Ermənistan üçün intihar sayıla bilər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə