“Birdəfəlik fiaskoya uğrayacağıq və erməni tarixinin sonuncu səhifəsini bağlayacağıq” Tiqran Abramyan

“Birdəfəlik fiaskoya uğrayacağıq və erməni tarixinin sonuncu səhifəsini bağlayacağıq” Tiqran Abramyan

Ermənistanın “Enaket” analitik hərbləşdirilmiş mərkəzinin təsisçisi və rəhbəri Tiqran Abramyan özünün “Facebook” sosial şəbəkədəki səhifəsində yazıb ki, müharibənin birinci mərhələsi noyabrın 9-da başa çatıb, növbəti mübarizə mərhələsi isə hələ yenicə başlayıb. SİA xəbər verir ki, bu barədə yazan panorama.am saytı Abramyanın “status” ətrafında danışdığını qeyd edib.

Daha dəqiq desək, artıq status məsələninin yerli-dibli aradan qalxdığını yaxşı bilən erməni siyasətçi ikinci mərhələnin “Qarabağın gələcək statusunun müəyyən edilməsi və (!) “artsaxın” giya ki, bərpa edilməsi olduğunu bildirib. Əlbəttə, belə bir düşüncə ilə burunlarının ucundan o tərəfi görə bilməyən erməni siyasətbazları hələ də nəyə isə ümid edirlər, amma unudurlar ki, artıq onların qondarma, saxta “dqr”ləri artıq yoxdur və o torpaqları bilavasitə Azərbaycana məxsusdur!

“Mövcud hakimiyyət ötən illərdə maksimuma nail oldu – fəlakətə”

Məhz bunu bildiyi üçün “Enaket”in rəhbəri Ermənistana və “artsaxa” yeni mövcud risklərin qaldığını bildirib.

Ancaq söz yox ki, indi ermənilərin yenidən ümidlənmələrinin də heç bir əsası yoxur, çünki onlar məğlubdurlar və bu məğlubiyyətlərinin səbəbkarı ətrafında var-gəl edirlər.

“Mövcud hakimiyyət ötən illərdə maksimuma nail oldu – fəlakətə”, deyə qeyd edən Tiqran Abramyan bildirib ki, əgər bu hakimiyyət ikinci mübarizə mərhələsində də sükanda qalsa, bu zaman daha ağır fəlakətlərlə üz-üzə qalmalı olacaqlar.

“Biz birdəfəlik fiaskoya uğrayacağıq və erməni tarixinin sonuncu səhifəsini bağlayacağıq”, deyə erməni siyasətçisi bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə