Qüdrət Həsənquliyev Eldar Qasımov və Nigar Camaldan niyə narazı qalıb?
Milli Məclisin bu gün
keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev İctimai Palatanın
2 aprel aksiyası ilə bağlı həbs edilmiş gənclərin azad edilməsini təklif edib. SİA-nın
məlumatına görə, millət vəkili bildirib ki, müxalifətin 2 aprel aksiyası
nəticəsində həbs edilən gənclərlə bağlı məsələyə yenidən baxmaq olar: "Milli
Məclis bu gənclərin azadlığa buraxılması üçün Prezidentə müraciət etməlidir".
Bundan əlavə, millət vəkili
"Eurovision" müsabiqəsindəki birinciliyimizə də toxunub. O, Eldar Qasımov və
Nigar Camal uğurunu təqdir etsə də onların mətbuat konfransında dedikləri
sözlərdən narazı qalıb.
Erməni jurnalistinin "Ermənistanda
çıxış edərsinizmi" sualının cavabında cütlüyün "mahnı sərhəd tanımır" cavabı
deputatı qane etməyib: "Onlar gərək torpaqlarımızın 20 faizinin işğal
olunduğunu deyərdilər. Yalnız işğaldan azad edildikdən sonra bunun mümkün ola
biləcəyini vurğulayardılar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB