Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin təxminən 80%-ni dəyişdirmək niyyətindədir. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır.
Qəzetinin yazdığına görə, hakim partiya indi nazirləri əvəzləmək istədiyi üçün kadr axtarır. Nəşrin əldə etdiyi məlumata əsasən, Ermənistan Respublikasının Əmək və Sosial İşlər Naziri Zaruhi Batoyan, Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Naziri Arayik Arutyunyan, Ermənistan Respublikasının Səhiyyə Naziri Arsen Torosyan, Ermənistan Respublikasının İqtisadiyyat Naziri Tiqran Xaçatryan, Ermənistan Respublikasının Müdafiə Naziri David Tonoyan yaxın gələcəkdə hökuməti tərk edəcəklər. Məlumata görə, siyahıda istefa etməli olan müdafiə nazirinin müavinləri də var.
Xatırladaq ki, artıq Ermənistanda istefa bumu başlayıb və bu ölkənin Xarici İşlər Naziri Zohrab Mnasakanyan istefa verdikdən sonra nazir müavini Şavarş Köçəryan da istefa ərizəsi yazıb və hazırda Xarici İşlər Nazirliyində də istefa paradı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB