Ermənistanda istefası tələb edilən baş nazir Nikol Paşinyanın Rusiyanın prezidenti Vladimir Putinə telefon zəngi etdiyi məlum olub. SİA xəbər verir ki, bu barədə yazan rus telegram kanallarının məlumatına görə, Paşinyanın Putinə zəng etməsi şikayət məqsədi daşıyıb. Ancaq o, bu dəfə Azərbaycandan deyil, erməni hərbçilərindən şikayət edib. O, işğaldan azad edilmiş və üçtərəfli bəyannaməyə əsasən, Azərbaycan ərazilərindən çıxmalı olan erməni hərbçilərinin hələ də həmin ərazilərdə qaldıqlarını bildirərək, onun əmrinə itaət göstərmədiklərini deyib və yardım istəyib. Bu fakt isə sübut edir ki, artıq Ermənistanda demək olar ki, hakimiyyətsizlik hökm sürür. Müqəvva prezident Armen Sarkisyan sadəcə sənədlər imzalayır, əsas idarəçi, tərəfdarlarının kütləvi istefaları ilə qarşı-qarşıya qalan, çıxış yolu tapa bilməyən baş nazir Nikol Paşinyana isə kimsə qulaq asmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB