Korotçenko: "Moskva ilə Ankara arasında uğurlu iqtisadi layihələr realizə edilir" REALLIQ
"Pul qarşılığında ideoloji səs-küy yaradanlar Rusiya Federasiyasının milli maraqlarına təsir imkanlarını itiriblər"
İrəvan simpatizanlarının anti-Türkiyə təbliğatına və erməni agenturasının Moskva ilə Ankara arasındakı iqtisadi layihələrinə təsir etmək cəhdlərinə baxmayaraq, ölkələr arasında uğurlu realizələr həyata keçirilir və siyasi konyukturlara zərər vurulmur. SİA xəbər verir ki, sözügedən fikirləri Rusiyanın həbri analitiki, politoloq İqor Korotçenko bildirib.
"Putinin geopolitik gücü bundadır", deyə qeyd edən rusiyalı politoloq əlavə edib ki, pul qarşılığında ideoloji səs-küy yaradanlar Rusiya Federasiyasının milli maraqlarına təsir imkanlarını itiriblər.
O, həminin bildirib ki, Rusiya kimlər üçünsə heç bir yük daşımaq fikrində deyil.
"Əsas prioritet rus xalqının və Rusiya dövlətçiliyinin təmin olunmasıdır", deyə Korotçenko qeyd edib.
O, eyni zamanda özünün telegram kanalında Rusiya ilə Türkiyə arasında mövcud olan daha bir iqtisadi uğura toxunub. "Türkiyənin Enerji resurları və təbii sərvətlər nazirliyi Akkuyu atom elektrik stansiyasının üçüncü enerji blokunun tikintisi üçün lisenziyasını təqdim edib. Bu layihə isə Rusatomun da daxil olduğu "Akkuyu Nuklear" şirkəti tərəfindən tikilir", deyə Korotçenko xatırladıb.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB