Ermənistan höküməti ünsiyyətdən qorxur “İrates” qəzeti yazır

Ermənistan höküməti ünsiyyətdən qorxur “İrates” qəzeti yazır

Ermənistan hökuməti fəaliyyətini qismən bərpa edib. Bunu Ermənistan mətbuatı da yazır. Bildirilir ki, buna baxmayaraq Paşinyan kabinetinin üzvləri hələ də vətəndaşlarla ünsiyyətdən çəkinirlər. SİA xəbər verir ki, bu barədə “İrates” qəzeti yazı dərc edib.

“Deyilənə görə, nazirlər təhlükəsizlik polisinə, hökumət korpusunun mühafizəçilərinə tapşırıblar ki, nazirlər üçün olan liftdən başqalarının istifadəsinə icazə verilməsin. Xalqın seçilmiş nümayəndələri, görünür, çəkinirlər və adi vətəndaşlarla ünsiyyət qurmaqdan qorxurlar”, deyə nəşr qeyd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə