Keçmiş hərbi komissar: "On minədək fərarilik edən oldu" ETİRAF

Keçmiş hərbi komissar: "On minədək fərarilik edən oldu" ETİRAF

“Qarabağdakı döyüşlərdə on min erməni zabit və əsgər fərarilik edərək mövqelərini tərk ediblər, qaçıblar. Bu halları diqqətsiz qoymaq olmaz, çünki çox təhlükəli presedentə çevrilə bilərlər”. SİA-nın məlumatına görə, bunu Ermənistan Silahlı Qüvvələrinin Qərargah rəisinin sabiq müavini, ölkənin keçmiş baş hərbi komissarı, general-mayor Levon Stepanyan Sputnik Armenianın efirində deyib.

"Döyüş mövqelərini atıb qaçan çoxsaylı fərarilərimizin olduğunu Qarabağda hərbi əməliyyatların iştirakçıları və hüquq-mühafizə orqanlarının əməkdaşları təsdiqləyirlər. Belə şəraitdə nə etməliyik? Təbii ki, kimsəni bağışlamaq olmaz. Digər tərəfdən, bu qədər insanı cinayət məsuliyyətinə cəlb etmək də mümkün deyil. Onları həbs etmək olmayacaq. Deməli, alternativ cəza yolları tapılmalıdır. Hakimiyyət bu hallara indi göz yumarsa, sonrası pis olacaq", - L.Stepanyan söyləyib. Stepanyanın sözlərinə görə, fərarilərə hamilik edənləri, onların cinayətlərini ört-basdır edənləri də cəzalandırmaq gərəkdir.

Xatırladaq ki, Dağlıq Qarabağdakı terrorçu xuntanın rəhbəri Araik Harutyunyan da ermənilərin döyüşlərdə kütləvi şəkildə fərarilik etdiklərini söyləmişdi.

Noyabrın 11-də o, Facebookdakı canlı yayımda demişdi: "Əgər kimisə satqınlıqda suçlamaq gərəkdirsə, onda bütün erməni xalqı ittiham olunmalıdır. Döyüşlərdə bəzi hissələr və birləşmələr sursat çatışmazlığını bəhanə edərək qaçdılar. Bəzi birləşmələr ön səngərlərdə yer tutmaqdan boyun qaçırdılar".

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə