Paşinyanın istefasını tələb edən növbəti mitinq 18 noyabrda olacaq
Nikol Paşinyanın istefasını tələb edən növbəti mitinqin keçirilməsi 18 noyabr, saat 17: 00-da nəzərdə tutulur. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Daşnaktsutyun üzvü Qeqam Manukyan bunu 16 noyabr mitinqindən sonra baş tutan yürüşün sonunda deyib.
O, qeyd edib ki, növbəti mitinq də İrəvanın Azadlıq Meydanında keçiriləcək.
Xatırladaq ki, Azadlıq Meydanında Nikol Paşinyanın istefasını tələb edən mitinqdən sonra iştirakçılar Baş Prokurorluğa və Xarici İşlər Nazirliyinə aparılıblar.
Qeyd edək ki, 17 partiyanın nümayəndələri millət vəkillərini Nikol Paşinyana etimad edilməməsi məsələsi ilə əlaqədar prosesə başlamağa çağırıblar.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB