“PUA-lar onlarla zirehli platformanın məhv edilməsində ölümcül zərbə effektliyi ilə seçilib” ABŞ GENERALI

“PUA-lar onlarla zirehli platformanın məhv edilməsində ölümcül zərbə effektliyi ilə seçilib” ABŞ GENERALI

“Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında baş vermiş müharibə gələcək münaqişələrin necə görünməsini anlamağa imkan yaradır”. SİA xəbər verir ki, bu barədə ABŞ-ın “Breaking Defense” nəşrində istefada olan, hazırda Amerikanın “Heritage Foundation” - Stsrateji müdafiə araşdırmaları institutunun rəhbəri, general-leytenant Tomas Şper deyib. Onun qeyd etdiyinə görə, Bakının sözügedən münaqişədəki qələbə qazanmasının daha bir səbəbi Azərbaycan tərəfinin yüksək texnologiyalı silahlardan istifadə etməsidir.

“Bu silahlar operativ qərar qəbul edərək zərbə endirmək üçün bütün sistematik imkanlara malikdirlər”, Şper bildirib.

“Silahlarla təchiz edilmiş PUA-lar onlarla zirehli platformanın məhv edilməsində xüsusi ölümcül zərbə effektliyi ilə seçilib”, deyə yazan amerikalı general-leytenant pilotsuz uçan aparatlar (PUA) sisteminin möhtəşəm döyüş qabiliyyətinə malik olduğunu vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə