"Mnasakanyan, etiraf et və xain Paşinyanın fırıldaqlarından danış" Mikael Minasyan

"Mnasakanyan, etiraf et və xain Paşinyanın fırıldaqlarından danış" Mikael Minasyan

Sənədin tərəfimdən yayımlanmasından qısa müddət sonra Zohrab Mnasakanyan istefa verdi. SİA xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Facebook səhifəsində paylaşım edib.

“Təəssüf edirəm ki, o bu istefasını xainin təslim olma sənədini imzaladığından bir dəqiqə sonra verməyib. Zorik birinci olduğuna görə, ona təşəkkür edirəm. Söz verirəm ki, hamınız mühakimə olunduqda, şahidlik edəcəyəm.
Mnasakanyan, indi artıq dayanma, etiraf et, Azadlıq meydanına get, xainin hiylələrindən danış. Danış ki, bağışlanmaya layiq olasan. Bütün keçmiş və hazırkı məmurlara eyni şeyi məsləhət görürəm. Sonda isə deyirəm ki, hamınızın, xüsusən satqının, xainin yanında olanların hamısının dalınca gələcəyəm”, deyə Minasyan öz sosial şəbəkə hesabında yazaraq paylaşıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə