"Paşinyan son paylaşımı ilə özünə siyasi məzar hazırladı" Ovannes Manukyan

"Paşinyan son paylaşımı ilə özünə siyasi məzar hazırladı" Ovannes Manukyan

Sonuncu paylaşımı ilə Nikol Paşinyan daha bir siyasi məzar qazmış oldu. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə keçmiş ədliyyə naziri Ovannes Manukyan öz Facebook səhifəsində yazıb.

“Bu paylaşımla siyasi məzarınızı qazmadınız, çünki məzarınız son sənədi imzaladığınız zaman qazılmışdı, ancaq siyasi məzar hazırladınız. Səninlə vidalaşmıram, çünki sən gəlmədin. Gəlişinlə bağlı bir neçə müsbət söz dediyim günlərə lənət edirəm. Günahkaram", deyə Ovannes Manukyan bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Nikol Paşinyanın öz Facebook səhifəsində bir yazı paylaşmışdı və bildirmişdi ki, onları İrəvanda gözləyir və onun bu paylaşımı erməni cəmiyyətində rezonans doğurub. Qeyd edək ki, bununla bağlı səlahiyyətlilərin bir qismi artıq öz mənfi münasibətini bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə