İşxan Saqatelyan: "Paşinyan erməni xalqı üçün qara ləkədir"

İşxan Saqatelyan: "Paşinyan erməni xalqı üçün qara ləkədir"

"Paşinyan erməni xalqı üçün bir lənətdir, qara ləkədir. O xalqı satdı". SİA xəbər verir ki, bu barədə “Daşnaksütyun” nümayəndəsi İşxan Saqatelyan Facebook səhifəsində canlı olaraq bəyan edib.

“Hörmətli həmvətənlər, iki yolumuz var. Ya bu dəlini yolumuzdan təmizləyib ölkəmizi xilas etməliyik, ya da ölkədə tək adamın diktatura qurmasına və nəhayət, ölkəmizin qalan hissəsini itirməsinə imkan verməliyik. O, xalqımız üçün lənətdir, alçaldıcı bir müqavilə imzalayıb, indi də İrəvanda yeni bir müharibəyə çağırışı edir. Siyasi çoxluq bu dəliyə görə cavabdehdir. Bu dəli Ermənistanı yeni çağırışlara hazırlayır. Ermənistan vətəndaşları, buna biganə qalmamalıdır”, deyə İşxan Saqatelyan bildirib.

Saqatelyan hamını yenə də saat 17:00-da Azadlıq Meydanına dəvət edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə