Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir - XİN
Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən SİA-ya bildirilib ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir.
Bu xüsusda yayılan bütün məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB