“Ermənistan vəziyyətdən qansız çıxış yolu tapmalıdır” Konstantin Zatulin

“Ermənistan vəziyyətdən qansız çıxış yolu tapmalıdır” Konstantin Zatulin

Dövlət Dumasının MDB işləri komitəsinin sədr müavini Konstantin Zatulin Ermənistan üçün vəziyyətdən ən qansız çıxış yolunu tapmasının vacib olduğunu söyləyib. SİA xəbər verir ki, komitə sədri bu fikirləri "60 dəqiqə isti izlərlə" proqramında səsləndirib.

"Müxalifət Paşinyanın istefasını tələb edir, amma inanıram ki, müxalifət liderlərindən heç biri 1 dekabr tarixinə qədər Ermənistanın rəhbərliyində olmaq istəməz. Bölgələrin köçürülməsi üçün nəzərdə tutulan andan bu yana hər şey ən azı 2 həftəyə reallaşacaq və təslim olmağa cavabdeh olmamağı istəyən tapılmaz. Bundan sonra, hər hansı halda, Paşinyan hakimiyyətdən getməli, istefa verməli olacaq", deyə Zatulin proqnoz verib.
Onun sözlərinə görə, müxalifət tərəfindən bu anda ən yaxşı qərar konstitusiya yolu ilə qəbul edilməlidir, çünki indi söhbət təkcə Paşinyanın deyil, Ermənistandakı demokratiyanın taleyindən gedir.
"Konstitusiya yolu ilə bundan çıxış yolu tapmaq mümkün olmayacaqsa, hər şey ola biləcək. Paşinyan bu şəkildə iqtidarda qalarsa, onda bu, xalq əleyhinə bir diktatura olacaq və hər bir halda o qovulacaq. Baş nazir birbaşa dialoqdan gizlənir, ümid edirəm ki, bu uzun sürməyəcək və vəziyyətdən ən qansız çıxış yolunun tapılması vacibdir", deyə Konstantin Zatulin bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə