Ermənistan əslində kriminal şəxslərin əlində neofaşizm yuvasına çevrilib - ŞƏRH ÖZƏL

Ermənistan əslində kriminal şəxslərin əlində neofaşizm yuvasına çevrilib - ŞƏRH ÖZƏL
"2018-ci ilin may ayında Qərb dairələri Ermənistanda baş vermiş dövlət çevrilişini "demokratik inqilab", hakimiyyəti gətirdikləri Nikol Paşinyanı isə "demokratik lider" kimi təqdim etməyə çalışsalar da, bu gün Ermənistanda baş verən hadisələr bir daha onu göstərir ki, ölkədə demokratiyadan heç bir əsər-əlamət qalmayıb". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib. Ekspert bildirib ki, bu gün bir daha sübut olunur ki, Ermənistan əslində kriminal şəxslərin əlində neofaşizm yuvasına çevrilib: "Hal-hazırda Ermənistanda baş verən hadisələr Azərbaycanda olsaydı, Qərb ölkələrində bu barədə bəyanat verməyən heç bir insan hüquqlarını müdafiə edən təşkilat qalmayacaqdı. Buna baxmayaraq, Ermənistanda baş verən son hadisələrə ikili standartlardan çıxış edərək susqunluq nümayiş etdirirlər". Ş.Həsənova vurğulayıb ki, ölkənin ərazi bütövlüyünü bərpa etmək, Ermənistandan işğal edilmiş torpaqları geri qaytarmaq tələb etdiyi üçün illərdir Azərbaycan Prezidentinə qarşı xarici mediada, xüsusilə də Qərb mətbuatında həqiqətə uyğun olmayan hədyana fikirlər yazılır: "Onların əslində kimlikləri, simaları açıq-aşkar ortadadır".
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə