"Şuşa alınandan sonra döyüşün artıq mənasız olduğu bizə aydın oldu" Nikol Paşinyan

"Şuşa alınandan sonra döyüşün artıq mənasız olduğu bizə aydın oldu" Nikol Paşinyan

An gəldi ki, erməni tərəfi üçün mübarizənin artıq mənasız olduğu aydın oldu və bu, Şuşanın süqutu idi. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri baş nazir Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibəsində deyib.

"Döyüş meydanında geriləmələr başlayanda qarşımıza siyasi bir vəzifə qoyduq ki, müharibədə dönüş nöqtəsi əldə edək. Ancaq Şuşanin süqutundan sonra bu tapşırığın mümkün olmadığını anladıq", deyə Paşinyan etiraf edib.
Baş nazirin sözlərinə görə, erməni bölmələri son saniyəyə qədər dönüşə cəhd etsələr də buna nail ola bilmədilər.
"Şəhərin süqutundan sonra geri qaytarmaq üçün iki cəhd edildi. Ancaq şəhərə yenidən nəzarət etmək üçün güc yetərli deyildi. Şuşanın əldən verilməsi ətrafında bir çox mif var. Şuşanın itirilməsi barədə mənə məlumat verildikdən sonra 50 döyüşçümüzün hələ də olduğu barədə məlumatlar ortaya çıxdı. Bu məlumatın təsdiqini xahiş etdim. Döyüşçülərin Şuşada deyil, Stepanakertdə olduğu ortaya çıxdı", deyə erməni baş nazir bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə