Varlığı, mahiyyəti heç olanlar TƏHLİL

Varlığı, mahiyyəti heç olanlar TƏHLİL

Erməni Ordusunu rüsvayçı şəkildə məğlubiyyətə aparan Ermənistan Müdafiə naziri bu əməlinə görə nəinki özünü güllələmədi, hələ utanmadan kreslosunda oturmaqda davam edir. Bir tarixi xatırlatma etmək istərdik ki, bir zamanlar SSRİ Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, eks-prezident Qorbaçovun hərbi məsələlər üzrə müşaviri, marşal Sergey Fyodoroviç Axromeyevin cəsədi, Kremlin 14-cü korpusundakı 19 "a" nömrəli ofisdə tapılmışdı və müəyyən edilmişdi ki, bu intihar hadisəsidir. Müəyyən edilmişdi ki, hərbi rəhbər Dövlət Fövqəladə Komitəsinin məğlubiyyətindən, sosializmin və SSRİ-nin özünün süqutu səbəbindən intihar edib.
“Mənim vətənim dağılanda, həyatımda həmişə ən dəyərli hesab etdiyim hər şey məhv olanda yaşaya bilmirəm və bu mənə ölmək hüququ verir”, deyə bir not saxlayan Axromeyev vəziyyətlə barışmaması səbəbindən intihar etdiyini bildirib və sədaqətini nümayiş etdirib. Lakin, işğal olunmuş özgə torpaqlarında öz vətəndaşlarının qırğınına səbəb olan, canlı qüvvə, hərbi texnika, silah-sursat, nəticə etibarı ilə böyük həcmdə maliyyə itgisinə rəvac verərək, ölkəsini müflis vəziyyətə, iflasa, rəzil duruma salan, vətəndaş müharibəsi astanasına sürükləyən erməni baş nazir Nikol Paşinyan, onun komandası dörd əllə hakimiyyət kreslolarından yapışıblar və getmək niyyətində də deyillər.

Paşinyan imzaladığı sənədi necə təqdim etməyə çalışsa da, əslində bu, təslim olma aktıdır. Onu da nəzərə almaq lazımdır ki, Paşinyan qərarlarının çoxunu ya hərbçilərin rəyi nəzərə alınmaqla, ya da onların təzyiqi altında verib və bunu şəxsən özü də etiraf edir. Öz çıxışlarında etiraf edir ki, sənədi imzalamaq üçün onu hərbiçilər, xüsusilə, Müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Onik Qasparyan məcbur edib. Qasparyan özü də Dağlıq Qarabağla bağlı müqavilənin imzalanması üçün məsuliyyəti öz üzərinə götürüb. “Baş nazir bu qərarı mövcud vəziyyətin hərtərəfli qiymətləndirilməsinin nəticələrini nəzərə alaraq mənim təklifimlə verib və bu qərar mütləq bir zərurət idi”, deyə Onik Qasparyan bildirib.

Məsələ burasındadır ki, Baş Qərargah rəisi, hərbi idarədə ikinci şəxs ola bilər, amma əsas şəxs deyil. Üstəlik, Qasparyan bu vəzifəyə nisbətən yaxın zamanda təyin edilib. Bununla belə, Müdafiə naziri David Tonoyan, nəinki 6 ildə Müdafiə nazirinin müavini olub, həm də 2018-ci ilin may ayından hərbi şöbəyə rəhbərlik edir. Yəni həm Ermənistanın, həm də qondarma rejimin müdafiə qabiliyyətini gücləndirəcək mühüm qərarlar vermək üçün onun kifayət qədər vaxtı olub.

Ancaq biz müharibədən əvvəlki dönəmdə də nə gördük, nələrin şahidi olduq? Biz onun erməni diasporası qarşısında əsassız şəkildə lovğalanmasını gördük. Gördük ki, David Tonoyan, “yeni müharibə başlayarsa, Azərbaycanın yeni ərazilərini alacağıq”, deyə çox axmaq, düşünülməmiş fikirlər səsləndirdi. Tonoyan kameralar qarşısında lovğalanaraq, ermənilərə hücum etməyə cəsarət edəcəkləri təqdirdə, azərbaycanlıları yer üzündə siləcəkləri ilə təhdid etdi. Ancaq müharibə başlayan andaca məlum oldu ki, nə mənəvi, nə də texniki cəhətdən bu sözü söyləməyə belə imkanları, əsasları yoxdur. Orduları özlərini içəridən, daxildən yeyən cinayətkarın təsiri altındadır və bundan heç qurtula da bilmirlər. Ermənistan, öz ordusunu gücləndirmək üçün də bir şey etmək iqtidarında deyil.

Ermənilər üçün ən acınacaqlı olanı o idi ki, müharibə getdiyi zamanda, onsuz da vəziyyətin onların xeyrinə olmadığını İrəvanda başa düşəndə hərbiçilər açıq-aşkar ermənilərə yalan danışmağa davam edirdilər. Düşmənin bu və ya digər yaşayış məntəqəsi Azərbaycan Ordusu tərəfindən ələ keçirildiyi zaman Ermənistan tərəfi üçün hər şeyin yaxşı olduğu barədə elan ediləndə onların yalan danışdığını dərk etməli idilər ermənilər. Azərbaycan Ordusunun Şuşanın yaxınlığında olduğu zaman da erməni əsgərlərinin Hadrutda çay içdikləri nağılları ilə ermənilər aldadılmaqda idilər. Nəticə özünü çox gözlətmədi və 9 noyabr tarixində Paşinyan özləri üçün biabırçı adlandırdıqları sənədi imzalayanda ermənilər bir növ yuxudan ayıldı.

Məsələnin ən gülməli və ən biabırçı tərəfi budur ki, Tonoyan indi Azərbaycanın daha çox qüvvə və mənbəyə, imkanlara, resurslara sahib olduğunu ifadə edən bəhanələr gətirməyə çalışır. Halbuki, bir qədər əvvəl, yəni, müharibənin gedişində o tamam başqa iddiada idi və ermənilər döyüş zamanında Müdafiə Nazirliyinə inanırdı, hərbi departament nümayəndələri Şuşan Stepanyan və Arsrun Ovannisyanın qalibiyyət barədə yalançı hesabatlarına inanırdı.

Arsrun Ovannisyan bu vəziyyətdə davam edə bilməyəcəyini anlayaraq hərbi xidmətdən ayrılsa da, Tonoyan hələ də yerində oturmaqda davam edir. Utanmadan, xəcalət çəkmədən, çəkinmədən kreslosunda özünü rahatlayır və çox yox, bir-iki ay bunan əvvələ qədər Azərbaycan Ordusunu qovacaqları, Azərbaycanın müharibəyə başlayacağı halda yeni torpaqlar itirəcəyi ilə hədələyərək lovğalanan, nəticədə isə qovulan, döyüş mövqelərini qoyub qaçan ermənilərin sanki, Medafiə naziri deyil. Şərəfli olmaması bir yana, ən azından həqiqi, əsl bir zabit kimi, məsələn, Axromeyevin misalında intihar etməsi başına dəysin, vəzifəsindən istefa verməyə belə cəsarət tapmadı David Tonoyan. Baxmayaraq ki, erməni dövləti gözləri qarşısında iflic duruma düşüb, məğlubiyyəti fonunda üstəlik vətəndaş müharibəsi ilə də üz-üzədir və bunun da səbəbkarlarından biri elə Tonoyanın özüdür, bu adam getmir ki, getmir. Bu sifətsiz də Ermənistanın əzablı halı barədə düşünməyi belə buraxıb, amma, öz kreslosunu buraxmır. Ermənistan dövləti belə səlahiyyətliləri iləmi meydan oxuyurdu? Görəsən, bəs ən azından biabırçı məğlubiyyətdəki günahını bölüşmək üçün David Tonoyanın istefa ərizəsini təqdim etməsinə nə mane olur? Heç nə. Ancaq yenə də etməyib və hələ də abırsızcasına oturur, gözləyir öz baş naziri kimi.

Görünür, Tonoyan və Paşinyan hələ Müdafiə Nazirliyinin büdcəsini tam mənimsəməyiblər və getməyi bu baxımdan hələ çox tez hesab edirlər. Vətən, xalq, torpaq kimi ali hislərdən dəm vuran bu insanların mahiyyətinin, varlığının sıfırdan aşağı, heç olduğu göz qabağındadır. Varlığı, mahiyyəti heç olanlar özləri özlərinə qıymasa da aldatdıqları cəmiyyət tezliklə onlara qıyacaq və indi İrəvanın küçələrində dolaşan idarəedilməz kütlənin qəzəbi məhz onların başında çatlayacaq. Buna heç şübhələri olmasın.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə