“Ermənistan yalnız dəhlizdən istifadə edə biləcək” Kremldən xəyanət ittihamlarına cavab

“Ermənistan yalnız dəhlizdən istifadə edə biləcək” Kremldən xəyanət ittihamlarına cavab

Kreml Ermənistanın xəyanət barədə ittihamlarına cavab verib. SİA xəbər verir ki, bu cavab Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin müavini, Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Mətbuat Katibi Dmitri Peskov tərəfindən bəyan edilib.

Onun sözlərinə görə, Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) üzərindəki öhdəliklərini unutmayıb. Peskov, hələ bir neçə il əvvəl Minsk Qrupu tərəfindən qəbul edilməsi ilə hərbi əməliyyatların qarşısını almağa imkan verəcək düsturların bir həll üçün təklif edildiyini də xatırladıb.

“10 Noyabrda Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri hərbi əməliyyatları dayandırmaq və təmas xəttində, Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizi boyunca rus sülhməramlılarını yerləşdirmək barədə razılığa gəldilər. Bundan əlavə, tərəflərin razılığına əsasən, 1 dekabr tarixinədək, Qazax, Ağdam, Kəlbəcər və Laçın olmaqla dörd rayonun əraziləri Azərbaycanın nəzarətinə qaytarılacaq. Qarabağla əlaqə üçün Ermənistanın yalnız bir dəhlizdən istifadə edə biləcək”, deyə Dmitri Peskov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə