İlham Əliyevin müharibə dövründə çıxışlarının kitab halında çap edilməsi təklif edilib
Azərbaycan Prezidenti İlham Əliyevin müharibə dövründə çıxışlarının kitab halında çap edilməsi təklif edilib. SİA-nın məlumatına görə, bu barədə deputat Etibar Əliyev parlamentin bu gün keçirilən iclasında təklif edilib.
Milli Məclisin Sədri Sahibə Qafarova isə bildirib ki, bununla bağlı Milli Məclisin kitabxanasının təşəbbüsü var. O qeyd edib ki, Prezident İlham Əliyevin müharibə müddətində etdiyi çıxışlar Milli Məclisin kitabxanasının təşəbbüsü ilə hazırlanacaq və çap olunacaq.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB