“Rüsvayçılığın, rəzalətin təsdiqlənməsinə 2 gün qaldı” Karin Tonoyan

“Rüsvayçılığın, rəzalətin təsdiqlənməsinə 2 gün qaldı” Karin Tonoyan

Xəcalətin, rusvayçılığın, rəzalətin təsdiqlənməsinə 2 gün qaldı və hamımız sözdə baş nazir olanın istefasını tələb edirik. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri “Hay Aspet” təhsil və xeyriyyə fondunun qurucusu-direktoru Karin Tonoyan öz Facebook səhifəsində yazıb.

“Bu gün 13 Noyabr, rusvayçılığımızın təsdiqlənməsinə 2 gün qaldı və itkini ən azı kiçik bir nisbətdə azaltmaq üçün 2 gün qalıb. Hamımız sözdə baş nazir olanın istefasını tələb edirik. Gəlin bizim özümüzün və övladlarımızın alçalan şərəf və ləyaqətimizi qoruyaq", deyə Karin Tonoyan öz sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, Karin Tonoyanın oğlu Menua Ovannisyan da Dağlıq Qarabağdakı döyüşlərdə mənasız yerə ölüb və o özü də digər erməni anaları kimi oğlunu itirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə