“Bu hakimiyyət tarixin zibilliyində yer alacaq” Eduard Şarmazanov
"Mövcud bu hakimiyyət, erməni xalqının tarixinin zibilliyində yer alacaq". SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın “Respublika” partiyasının mətbuat katibi Eduard Şarmazanov öz Facebook səhifəsində yazıb.
Məlumatda bildirilir ki, partiyanın mətbuat katibi Xüsusi İstintaq Xidmətinə dəvət edilib. Özünün sosial şəbəkə hesabında Eduard Şarmazanov iki il yarımdır mübarizə apardığını və millətçilik əleyhinə və məğlubiyyətə qarşı mübarizə aparacağını yazıb.
“Saxlanılmalarla, həbslərlə qorxuda bilməzlər. Bu hakimiyyət, Ani səltənətini düşmənə miras olaraq qoyan Baqratidlər və Qarsı təslim edən Hovhannes-Smbat kimi, oraya, erməni xalqının tarixinin zibil qutusuna düşəcək. Qələbə vəd edən, ancaq müharibə və məğlubiyyət gətirən bir populist könüllü və sarsıntı olmadan getməlidir”, deyə Eduard Şarmazanov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB