RF-nın Prezident Administrasiyası ermənilərin cavabını verdi! Qarabağ Azərbaycandır!
Rusiya Prezidentinin Administrasiyası növbəti bəyanatla çıxış edib və Ermənistanda anti-Rusiya xarakterli çıxışlara cavab verib. SİA xəbər verir ki, RİA Novostinin yazdığına görə, ermənilərin KTMT ilə də bağlı iddialarına münasibət bildirən RF-nın Prezident Administrasiyası qeyd edib: “Qarabağ münaqişəsi zamanı Rusiyaya qarşı yersiz ittihamlar irəli sürüldü. Bunlar mənasızdır. Ermənistanla bağlı məsələdə KTMT öhdəliyimizi unutmamışıq. Lakin Rusiyanın Qarabağa ordu göndərmək hüququ yox idi”.
Prezident Administrasiyası Qarabağın Azərbaycanın hüquqi ərazisi olduğunu vurğulayıb və qeyd edib: “Ora hüquqi olaraq Azərbaycanın ərazisidir. Biz ora sülhməramlıları da yalnız münaqişə tərəflərinin razılığından sonra göndərə bildik”.
Beləliklə, ermənilərin anti-Rusiya çağırışlarına verilən daha bir cavab həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, artıq Qarabağ ərazisində bir nəfər də olsun erməni işğalçı hərbçisi olmayacaq və sülhməramlıların üzərlərinə götürdükləri öhdəliyin əsas tərkib hissəsi də budur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB