"Azərbaycan ərazisində heç bir erməni silahlısı olmamalıdır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan ərazisində heç bir erməni silahlısı olmamalıdır" ÖZƏL-MÜNASİBƏT

"Qarabağda sülhməramlı qüvvələrinin yerləşdirilməsi və statusla bağlı Ankara və Moskva arasında fikir ayrılıqları var. Türkiyə təkcə monitorinqlə deyil, sülhməramlı qüvvələrinin yerləşdirilməsində də israrlıdır". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Moskvadan verilən açıqlamalar ziddiyyətlidir: "Həmçinin Rusiyanın XİN rəhbəri S.Lavrov gələcəkdə status məsələsinin müzakirə ediləcəyini qeyd edir. Halbuki Qarabağda hər hansı bir statusun olmayacağı qeyd edilir. Yeni mübarizə diplomatik müstəvidə davam edəcəyi gözlənilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sülhməramlı qüvvələrinin yerləşdirilməsini həyata keçirəcəyini vurğulayıb. Buna qarşı S.Lavrov və onun xətti qarşı çıxır. Amma iki ölkə arasında müqavilə var. Türkiyə sülhməramlı qüvvələrinin Qarabağda Azərbaycanın nəzarətində ərazilərdə yerləşməsi reallaşa bilər. Həmçinin burada Laçın koridoru da daxildir. Türkiyə bu məsələdə israrlı görünür. Türkiyə ermənilərin yaşadığı şəhər və kənd mərkəzində olmaması dəqiqləşdiriləcək.

Qarabağa status məsələsi, buradakı separatçıların yenidən özlərinin qurum kimi fəaliyyəti qəbuledilməzdir. Rusiya XİN görünür, bu məsələdə israrlıdır. Amma Azərbaycan və Türkiyə Xankəndidə separatçıların olmasını qəbul etməyəcək. Həmçinin burada "müdafiə ordusu" adı altında silahlılar var. Onların ləğvi reallaşmalıdır. Onların Qarabağda olması separatizmin inkişafı deməkdir. Ona görə də belə bir silahlı dəstələr ləğv ediləcək.

Ümumiyyətlə, hazırkı prosesdə qeyri-müəyyənlik yaradan S. Lavrovdur. Çalışır ki, Qarabağdakı ermənilərin statusu və silahlı dəstələri olsun. Bu, Ankara və Moskva arasında aparılan danışıqlar prosesinə də ziddir.

Azərbaycan diplomatik danışıqlarda tək deyil. Türkiyə sülhməramlı qüvvələrinin Qarabağda olması, həmçinin diplomatik müstəvidə masada olması, hər hansı bir təzyiqin neytrallaşdırılmasına gətirəcək. Həmçinin, Azərbaycan ordusu da Hadrut, Şuşa və Xocavəndi ərazisində olacaq. Bu ordu daha peşəkar və hücum əməliyyatlarını reallaşdıran qüvvələr olacaq. Hətta Türkiyə ilə birgə baza da olan bilər.

Dekabrın 1-nə kimi Ermənistan üç rayondan çəkilməsi ilə yeni danışıqlar olacaq. Rusiya "sülhməramlı qüvvələri" prosesə nəzarət etməklə, bu silahlı dəstələri çıxarılmasında məsuliyyət daşıyır. "Təmas xəttinə" gəldikdə isə, burada erməni silahlı dəstələrinin varlığı istisna edilməlidir. Çünki Azərbaycan ərazisində heç bir erməni silahlısı olmamalıdır. Xankəndi və digər üç rayon mərkəzində Azərbaycanın suverenliyi tanınacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə