Gevorg Kostanyan: İmzalanan sənədə görə, Ermənistana 50 milyard dollardan çox təzminat öhdəliyi qoyulmuş oldu
Ermənistanın keçmiş baş prokuroru, ölkənin Avropa İnsan Hüquqları Məhkəməsindəki keçmiş nümayəndəsi Gevorg Kostanyan mətni aşağıda təqdim olunan bir açıqlama verib. SİA erməni mediasına (news.am) istinadən həmin açıqlamanı təqdim edir:
"Bu sənədə görə, nəinki ərazilərimizi itirdik, həm də Ermənistana qarşı bizim və nəsillərimizin ödəyəcəyi 50 milyard dollardan çox öhdəlik qoyuldu.
İki il əvvəl Azərbaycanın Qarabağda və 7 rayonda Azərbaycanın iddia etdiyi maddi ziyanla əlaqədar olaraq Ermənistana qarşı təzminat ilə bağlı məhkəmə hazırladığı barədə xəbərdarlıq etmişdik. Lakin, Ermənistanın cavabdeh tərəf olduğu barədə kifayət qədər dəlillər olmadığından bu iddianı təqdim edə bilmədilər.
Azərbaycana dəyən ziyanı 50 milyard dollardan çox qiymətləndirən beynəlxalq bir təşkilat işə cəlb etdilər.
Bu yaxınlarda Azərbaycan Prezidenti demişdi ki, Azərbaycan doğrudan da Ermənistana qarşı oxşar bir iddia hazırlayır.
Əminəm ki, Ermənistanın Baş naziri 10 noyabr tarixində o sənədi imzalayaraq, Ermənistan Respublikasının öhdəliyin subyekti olduğunu təsdiqlədiyindən və bununla da dəymiş ziyana görə birbaşa öhdəliyi öz üzərinə götürdüyündən bu istiqamətdə iş daha da gücləndi.
Sizi tam məsuliyyətlə xəbərdar edirəm ki, vaxtında bu sahədə hüquqi əks hücuma keçməsək, Nikol Paşinyan tərəfindən imzalanan biabırçı sənəd həm də bizim üçün gələcək nəsillərinin də ödəyə bilməyəcəyi ciddi maliyyə problemlərinə səbəb olacaqdır.
Bu prosesdən qaçmaq üçün ilk zərurət Nikol Paşinyanın istefasıdır, özü də sənədi bu cür şərtlərlə imzalamaq səlahiyyətinə sahib olmadığı üçün deyil, həm də tamamilə olmasa da, ən azından cavabdeh tərəf kimi təmsil olunaraq bizə və gələcək nəsillərimizə nəhəng maliyyə öhdəlikləri vəziyətini ortaya çıxarmasına görə.
Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB