Bu çətin şərtlərdə, 100 min qaçqın, qorxaqlıq və mövcud hakimiyyətin təslim olması ilə məhv edilmiş bir iqtisadiyyat fonunda xain Paşinyan bütün dövlət aparatını praktik olaraq iflic etməyə davam edir. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu xüsusi hərbi veb saytının koordinatoru, informasiya təhlükəsizliyi mütəxəssisi Karen Vrtanesyan “Razm.info” veb sistemi vasitəsilə qeyd edib.
“2018-ci ildə Nikol Paşinyan ölkəni iflic etdi ki, hakimiyyəti ələ keçirsin. İndi də hakimiyyətini qorumaq üçün Nikol ölkəni iflic edir. İrəvanın girişində bir kilometr uzunluğunda tıxac var. Dağlıq Qarabağda yüz minlərlə ev heyvanları belə qaldı və indi bundan sonra nə olacağı bəlli deyil. Bu biabırçı vəziyyətdə Nikol Paşinyan kreslosundan yapışıb ölkəni iflic etməyə davam edir", deyə Karen Vrtanesyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB