"Qarabağda hər iki ölkənin iştirakı bizim maraqlarımıza cavab verir" ÖZƏL-MÜNASİBƏT
“Qarabağda Rusiya sülhməramlıları ilə yanaşı Türkiyə sülhməramlıları da olacaq, dünən bu barədə Türkiyə və Rusiya Müdafiə nazirlərinin görüşü də baş tutub. Hesab edirəm ki, Türkiyə sülhməramlılarının Qarabağda olmasını Azərbaycan tərəfi təklif etmişdir, çünki bu Azərbaycanın xeyrinədir, artıq Türkiyə hərbi və siyasi baxımdan bölgədədir”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, bəzi qərəzli qərb ölkələri Türkiyə ilə Rusiyanın Qarabağda birgə hərəkət etməsindən hər nə qədər narahatçılıq keçirsələr də, Azərbaycan üçün bu uğur sayıla bilər: “Rusiya qədər Türkiyə də regionda təhlükəsizliyin təminatçısı rolunu oynayır. Bu iki ölkənin iş birliyinin biz son illərdə Suriyada da müsbət rol oynamasının şahidi olduq. Hesab edirəm ki, bu təcrübənin davam etdirilməsi zəruridir. Qarabağda sülhə nəzarət üzrə monitorinq mərkəzində həm Türkiyə, həm də Rusiyanın qüvvələri nəzarət edəcək, bu isə bölgədə balanslı sülhün təmin olunması baxımından mühüm rola malikdir. Azərbaycan Türkiyə ilə qardaş dövlətdir, Rusiya ilə yaxşı münasibətlərə malikdir, bu baxımdan Qarabağda hər iki ölkənin iştirakı bizim maraqlarımıza cavab verir. Üstəlik Rusiya ilə Türkiyə arasında bu məsələdə heç bir fikir ayrılığı mövcud deyil, bunu bugünkü açıqlamasında Türkiyənin XİN rəhbəri Lavrov da açıqlamışdır. Beləliklə rəsmi Ankara ilə Moskva arasında mövcud olan yüksək siyasi dialoq və anlaşma Qarabağ bölgəsində üzünmüddətli sülhün və əmin-amanlığın təmin olunmasında həlledici rol oyanayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB