"Ermənistan dar siyasi və maddi maraqlar naminə siyasi gərginliyə doğru sürüklənir." SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri baş nazirin mətbuat katibi Mane Qevorqyan deyib.
“Bu gün cəbhə xəttində baş verən hadisələr, silahlı qüvvələrin texniki təchizatı, qoşunların doldurulması problemləri, Rusiya Federasiyası Prezidentinin vasitəçiliyi ilə aparılan danışıqların təfərrüatları da daxil olmaqla siyasi razılaşmanın müzakirəsi barədə onlara məlumat verilmədiyini qeyd edən bütün siyasi qüvvələr xalqla səmimi deyillər. Üstəlik, bu gün Ermənistanı dar siyasi və maddi maraqlar naminə siyasi gərginliyə sövq edirlər”, deyə baş nazirin mətbuat katibi öz Facebook səhifəsində yazıb.
Xatırladaq ki, İrəvanda 17 müxalifət partiyası liderinin təşkilatçılığı və minlərlə etirazçının iştirakı ilə mitinq keçirilmişdi. Etirazçılar, baş nazir Nikol Paşinyana etimad göstərilməməsi ilə bağlı Milli Məclisin növbədənkənar iclasının çağırılmasını tələb edirlər. Amma, iclas yetərsay olmaması səbəbindən baş tutmayıb.
Onu da nəzərə çatdıraq ki, hakim “Mənim addımım” bloku, Milli Məclisin Ermənistandakı daxili siyasi vəziyyəti pozacaq və cəbhədəki vəziyyəti ağırlaşdıra biləcək heç bir iclasında iştirak etməyəcəyinə dair açıqlama verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB