"Azərbaycan Ordusu yetərincə yaxşı səviyyə nümayiş etdirdi" "L"Opion"
Fransanın "L"Opion" nəşrinin "Dağlıq Qarabağ: savaşın hərbi dərsləri" sərlövhəli məqaləsinə görə, artıq tam aydın olan bir məqam var: başda ABŞ və Fransa olmaqla Qərb ölkələri Qarabağla bağlı diplomatik oyunlardan kənara atıldılar. SİA adıçəkilən nəşrə istinadən məlumat verir ki, orada əsasən, 1993-cü ildən hazırkı dövrə qədər əhatə edən fəaliyyətlərə toxunulub və bildirilib ki, Minsk qrupunun üç həmsədr ölkələri - ABŞ, Fransa və Rusiya münaqişənin həlli ilə bağlı məsuliyyət daşıyırlar. SİTAT: "Onlar uğursuzluğa düçar oldular. Belə ki, ilk Qarabağ müharibəsində Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan status-kvodan razı idi.
İkinci Qrabağ müharibəsinin nəticələri Türkiyəyə qarşı düşmən mövqe tutan, aşkar şəkildə Ermənistanı dəstəkləyən Fransanın faktiki olaraq Suriya və Liviyadan sonra növbəti uğursuzluğudur".
Yazıda bildirilir ki, Qarabağ müharibəsi Fransanın Müdafiə Nazirliyi tərəfindən hələ uzun müddət təhlil ediləcək. Əsasən də hərbi məktəblərdə."Sirr deyil ki, Fransa Türkiyə ilə hərbi qarşıdurmanı istisna etmir", deyə bildirilən yazıda o da vuğurlanır ki, Türkiyənin ən yaxın strateji və hərbi partnyoru Azərbaycan Ordusu yetərincə yaxşı səviyyə nümayiş etdirdi.
Yazının orijinal linki: https://www.lopinion.fr//secret-defense/haut-karabakh-lecons-militaires-guerre-228810
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB