Etirazçıların Ermənistan parlamentinə hücumu başladı Vəziyyət gərginləşir
Baş nazir Nikol Paşinyanın istefasını tələb edən mitinq iştirakçıları Ermənistan hökumət binasından Milli Məclisinin binasına tərəf üz tutublar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, məqsəd parlamentin növbədənkənar iclasının çağırılmasını tələb etməkdir.
Məlumatda bildirilir ki, “Daşnaksütyun” nümayəndəsi İşxan Saqatelyana görə, yaxın bir neçə saat ərzində parlamentin növbədənkənar iclasının çağırılması tələb edilir. Ermənistan baş nazirinin istefası üçün o iki ehtimalın olduğunu da vurğulayıb. Bildirib ki, ya könüllü istefa olmalıdır, ya da parlamentin fövqəladə iclası çərçivəsində impiçment proseduru keçirilməlidir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB