Bəyanat ərazi bütövlüyümüzün bərpası baxımından önəmlidir - ŞƏRH ÖZƏL
"Atəşkəs bəyanatının imzalanması ilə qan tökülməsinin qarşısı alınıb. Bir çox yaşayış məntəqələrimizi artıq azad etmişik. Növbədə 3 rayonun bizə qaytarılması üçün qrafik tərtib olunub. Biz bu qrafik haqqında dəfələrlə danışmışıq və şərt qoymuşuq ki, əgər qrafik təqdim olunsa, biz atəşkəsə əməl etməyə hazırıq". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Politoloq bildirib ki, digər mühüm amil də ondan ibarətdir ki, Rusiyanın sülhməramlı qoşunları tək deyil, Türkiyə ilə birlikdə atəşkəsə nəzarət edəcəklər: "Aydın məsələdir ki, qardaş, müttəfiq dövlətimizdir və heç vaxt imkan verməz ki, burada Azərbaycanın maraqlarına hər hansı bir zərbə vurulsun".
F.Sadıqov vurğulayıb ki, bir tərəfdən də bir reallıq odur ki, Ermənistanda bu bəyanat çox mənfi qarşılanıb: "Ermənistanda güclü qalmaqal yaranıb və artıq stabillik tam pozulub. Paşinyan istefa ərəfəsindədir. Bir sıra qüvvələr artıq bəyan edib ki, onlar bu hakimiyyəti devirərək yeni qüvvələr hakimiyyətə gətirəcək. Bu bəyanat Azərbaycan üçün həm siyasi, həm hərbi, həm də öz ərazi bütövlüyünün bərpa olunması baxımından önəmli bəyanatdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB