İranın XİN Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılmasına yazılı münasibət açıqlayıb
İranın Xarici İşlər Nazirliyi (XİN) Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması və birgə bəyanatın verilməsinə yazılı münasibət açıqlayıb.
SİA İran XİN-in rəsmi saytına istinadla xəbər verir ki, açıqlamada rəsmi Tehranın atəşkəs rejiminin yaranmasından məmnun olduğu bildirilir.
Qeyd olunur ki, İran Qafqaz bölgəsində daim sabitliyin hökm sürməsini arzulayır. İran dövlətlərin ərazi bütövlüyünə təminat verilməsini, qaçqınların öz evlərinə dönməsini, təxribatların qarşısının alınmasını istəyir və bu işlərin həyata keçirilməsinə yardım etməyə hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB